Cümə , Noyabr 15 2019
Ana səhifə / Cəmiyyət / Türkiyədə hadisələrin ilk ideoloji-təşkilati mərkəzi kimi ortaya çıxan “Yurdda Sülh Konseyi”…

Türkiyədə hadisələrin ilk ideoloji-təşkilati mərkəzi kimi ortaya çıxan “Yurdda Sülh Konseyi”…

Arzu Nağıyev: “Bu sözlər Mustafa Kamal Atatürkün “yurdda sülh, cahanda sülh” kəlamından götürülüb”

“Bu ideyada əsas məqsəd Atatürk fenomeni ilə pərdələnməkdən başqa bir şey deyildi”
Türkiyədə dövlət çevrilişi həyata keçirdiyini bəyan edən silahlı konsey adını belə bəyan etmişdi.
Hadisələrin xronologiyasına nəzər yetirdikdə görünür ki, TRT-də və digər televiziyalarda açıqlamalar həmin qurumun adından oxundu. Orada bildirilirdi ki, Türkiyəyə rəhbərlik edən iqtidar devrilib və bütün yetkililər “Yurdda Sülh Konseyi” üzərinə keçib. Həmçinin konsey adından Türkiyədə küçəyə çıxma yasağı və fövqəladə vəziyyət elan edilib. Lakin həmin anda Türkiyənin əksər özəl televiziyaları fəaliyyətini davam etdirirdi. Görünən bu idi ki, hərbi çevriliş təşəbbüsü həyata keçirən və özünü “Yurdda Sülh Konseyi” adlandıran qrup kifayət qədər kiçikdir və bütün Türkiyəni əhatə etməyə gücü yetmir.
Sonra Ərdoğan telekanalların biri vasitəsilə xalqa müraciət edərək onları meydanlara səslədi. Bundan sonra dönüş yarandı. Qiyam edən hərbçilərin kütləvi həbsi həyata keçirildi və Türkiyə hakimiyyəti bəyan etdi ki, bütün proseslərin arxasında Fətullah Gülən durur.
Hazırda istintaq gedir, ancaq “Yurdda Sülh Konseyi” adda təşkilatdan heç kim danışmır.
Hərbi çevrilişin məsuliyyətini üzərinə götürən təşkilat niyə yaddan çıxıb?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, belə bir təşkilatın olması TRT və digər televiziyalarda çevrilişə cəhd edənlər tərəfindən açıqlamalar verilən vaxt bilindi: “Yəni “Yurdda Sülh Konseyi” adlandırılan bir qurum öz varlığı haqda bəyanat verdi. Bildiyiniz kimi, bu sözlər Mustafa Kamal Atatürkün “yurdda sülh, cahanda sülh” kəlamından götürülüb. Bir sözlə, bu təşkilatı belə təqdim etməklə guya Atatürk ideyalarını həyata keçirəcəklərini bildirməyə çalışırdılar.
Dəqiq deyirəm ki, indiyə qədər belə bir təşkilat heç bir yerdə qeydiyyatdan keçməyib və haqqında heç bir bəyanat verilməyib. Düşünürəm ki, bu ideyada əsas məqsəd Atatürk fenomeni ilə pərdələnməkdən başqa bir şey deyildi”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nazir ciddi nöqsanlara görə hakimi işdən çıxardı – Foto

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.  Bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında qərar …

Bir cavab yazın