Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Türkiyədə azərbaycanlı tələbə 5-ci mərtəbədən yıxılıb – VİDEO

Türkiyədə azərbaycanlı tələbə 5-ci mərtəbədən yıxılıb – VİDEO

Türkiyənin Qaraman şəhərində azərbaycanlı tələbə yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. 
“Habertürk”ün məlumatına görə, hadisə ötən gün, yerli vaxtla 21:30 radələrində, şəhərin Fenari məhəlləsində, Molla Fenari küçəsində qeydə alınıb.

Məlumata görə, Qaramanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 22 yaşlı Həmdəmin Balakişiyev yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən, hələlik bəlli olmayan səbəblərdən yıxılaraq ağır xəsarət alıb. Təxminən, 15 metr yüksəklikdən beton səki üzərinə yıxılan azərbaycanlı tələbə ilkin tibbi yardım göstərildikdən sonra Karaman Dövlət Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Azvision.az

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …