Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / Cəmiyyət / Tural Abbaslı toyuna hansı siyasətçiləri çağırıb?

Tural Abbaslı toyuna hansı siyasətçiləri çağırıb?

“Mən də hamı kimi toyuma qohum-əqrəba, dost-tanışı dəvət etmişəm. Siyasi cameədan isə şəxsi münasibətlərimizin formalaşdığı partiya sədrlərini çağırmışam”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Ağ partiya”nın sədri Tural Abbaslı toyu ilə bağlı danışarkən deyib.

Partiya sədri toyunun 21 dekabrda baş tutacağını bildirib. T.Abbaslı “Deputatlardan toya kimisə dəvət etmisinizmi?” sualına belə cavab verib:

“Mən onlarla yalnız debatlarda bir yerdə olmuşam. Şəxsi münasibətlərimiz olmadığı üçün deputatlardan heç kimi dəvət etməmişəm. Amma partiya sədrlərini çağırmışam. Partiya sədrlərinin 80 faizi toya dəvətlidir. İsa Qəmbər, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə və b.”

Tural Abbaslı toyu ilə bağlı məsələləri siyasiləşdirmədiyini deyib:

“Ola bilər, mən hansısa partiyanın siyasi dəst-xəttini bəyənməyim, amma şəxsi insani münasibətlər fərqlidir. Prezident Administirasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşlarını da dəvət etmişəm. Onlarla ünsiyyətimiz var.

Siyasi səhnəni düşmənçilik çərçivəsindən çıxarmaq lazımdır. Məsələn, Türkiyədə iqtidar və müxalifət bir-birinə münasibətlərindən asılı olmayaraq, xeyirdə-şərdə bir yerdə olurlar. Biz də bu baxımdan cəmiyyətə nümunə olmalıyıq. Kim istəyir, iqtidardan, müxalifətdən gəlib toyumuzda iştirak edə bilər, qapımız açıqdır”.

Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafillə ailə həyatı quracaq.

Həmçinin oxuyun

Şadlıq sarayının rəhbəri həbs edildi

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib DİN-in Mətbuat Xidmətinin Bərdə regional …