Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəmiyyət / TURAL ABBASLI OSMAN KAZIMOVU QEYRİ-SƏMİMİLİKDƏ İTTİHAM ETDİ

TURAL ABBASLI OSMAN KAZIMOVU QEYRİ-SƏMİMİLİKDƏ İTTİHAM ETDİ

Birlik barədəki bu çağırışı qətiyyən səmimi hesab etmirəm”. SİA xəbər verir ki, bu fikirləri Müsavatın keçmiş Divan üzvü, “Ağ Blok”un təsisçisi Tural Abbaslı Müsavat başqanının müavini Osman Kazımovun digər müxalifət partiyalarına etdiyi birlik çağırışına münasibətində deyib.O, çağırışı qeyri-səmimi qəbul etməsinin səbəbini belə əsaslandırıb:

“Bu siyasi qurumların rəhbərliyində təmsil olunan insanlar bir-birlərini qəbul etməyən və hələ də şəxsi ədavət yürüdən insanlardırlar.Odur ki, mən inanmıram ki, bu çağırış səmimi olsun. Bu addım daha çox ictimai fikirdə reabilitə olunmağa və digər partiyanı birlik əleyhdarı kimi təqdim edərək gözdən salmağa hesablanıb. Çünki Osman bəy daxil hər kəs onların cavabının nə olacağını əvvəlcədən bilirdi.Qarşı tərəf də bütün bu gözləntiləri doğruldaraq mənfi cavab verdi. Əslində bu məsələ həm də gündəmdə qalmaq üçün edilən kiçik manevr idi .Təəssüf ki, bugünkü böhran vəziyyətində xalqın önündə getmək əvəzinə, şəxsi cılız siyasi ambisiyalarını təmin etməyə çalışırlar. Belə lüzumsuz gedişlər ictimai rəydə onsuzda zəif olan nüfuzlarını daha da zəiflədəcək”.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni rəis təyinatları

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin edilib. Daxili işlər naziri, general-polkovnik …

Bir cavab yazın