Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Trampın prezident seçilməsinə YAP təmsilçisindən ilk açıqlama

Trampın prezident seçilməsinə YAP təmsilçisindən ilk açıqlama

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ABŞ-da baş tutan prezident seçkilərinin ilkin nəticəsinə münasibət bildirib.

S.Novruzov  açıqlamasında ABŞ-Azərbaycan münasibətlərindən  bəhs edib:

“ABŞ-Azərbaycan münasibətləri indi qurulmayıb. ABŞ-ın hansısa dövlətə münasibətində əsas rolu prezident yox, ABŞ-ın dövlət siyasəti təyin edir. Prezidentlər isə sadəcə bu münasibətlərin həyata keçirilməsinə öz töhfələrini verirlər. Bu səbəbdən ABŞ-Azərbaycan münasibətlərində ciddi dəyişiklik gözləmirəm”.

S.Novruzov Trampın Azərbaycana şəxsi münasibətindən də bəhs edib:

“Hesab edirəm ki, Donald Trampın Azərbaycana münasibəti həmişə müsbət olub. Respublikaçılarla Demokratları müqayisə etsək görərik ki, Respublikaçıların bizə münasibəti hər zaman isti olub, Demokratlarda isə bu münasibəti nisbətən soyuq olaraq dəyərləndirmək olar”.

Deputat Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni prezidentin göstərəcəyi mövqe haqqında danışmağın hələlik tez olduğunu bildirdi.(ölkə.az)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın