Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Toyu yasa dönən bəyin ölüm səbəbi: – “42 dərəcə temperatur, sıfır təzyiq…”

Toyu yasa dönən bəyin ölüm səbəbi: – “42 dərəcə temperatur, sıfır təzyiq…”

Göyçay Rayon Mərkəzi Xəstəxanası toyundan 3 gün sonra dünyasını dəyişən 25 yaşlı gəncin ölümü ilə bağlı açıqlama verib.

Xəstəxananın baş həkimi AzNews.az-a verdiyi məlumata görə, Nihat Abdullayevin qəfildən kəskin temperaturu qalxıb:

“Temperaturu 42 dərəcəyə qalxıb, evdə yardım ediblər, baxıblar ki, təzyiqi sıfra düşüb. Bundan sonra onu xəstəxanaya gətiriblər. Biz də Nihatı reanimasiya şöbəsinə yerləşdirdik. Hər yerdən də həkimlər dəvət etdik, onu vəziyyətdən çıxarmağa çalışdıq. Nə etdiksə, mümkün olmadı, xəstəni həyata qaytara bilmədik. Böyrək çatışmazlığından dünyasını dəyişib. Ağır itkidir, Allah rəhmət eləsin. İndi onların evində toy yasa çevrilib…”.

Qeyd edək ki, Göyçayda toydan 3 gün sonra bəy dünyasını dəyişib. Göyçay şəhər sakini 1993-cü il təvəllüdlü Abdullayev Nihat Bəhruz oğlunun halı qəflətən pisləşib. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Mətbuatda yayılan xəbərlərdə Nihat Abdullayevin talassemiya xəstəsi olduğu da vurğulanır.

Həmçinin oxuyun

Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? – RƏYLƏR

Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. Sənətkar Azərbaycanın …