Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Cəmiyyət / Toylarla bağlı şad xəbər – VİDEO

Toylarla bağlı şad xəbər – VİDEO

Qarşıdakı aylarda toylarla bağlı bəlli qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

“Bu gün ölkəmizdə əhalinin 7-8 faizi peyvəndlənib. Lakin vətəndaşların 50-60 faiz vaksinasiya olunmayana və ya koronavirus məhv olmayana qədər bütün qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik.

Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toyların keçirilməsi və s. kimi məqamlar üçün bəlli qaydalar çərçivəsində standartlar yaranacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir”, – o bildirib.

Həmçinin oxuyun

“Heç kəsə sirr deyil ki, DYP-də alver gedir…”

“Yol polisi sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir. Daxili İşlər Nazirliyi hara baxır? Heç …