Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Cəmiyyət / Toylarla bağlı qadağa yenidən tətbiq olunacaq?

Toylarla bağlı qadağa yenidən tətbiq olunacaq?

“Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verilib”.

Bu sözləri baş nazir Əli Əsədov Operativ Qərargahın geniştərkibli iclasında deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir.

Həmçinin oxuyun

Avqustun 10-da Azərbaycanda Məhərrəm ayı başlayır

Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, …