Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Toylarda yeni trend: Dəvətnamədən sonra zəng gəlir – VİDEO

Toylarda yeni trend: Dəvətnamədən sonra zəng gəlir – VİDEO

Son zamanlar toylarda yeni trend formalaşıb – dəvətnamədən sonra zənglər edilir.
Milli adətlərimizin arasında ən maraqlı ənənələrdən biri olan toy mərasimləri də zamanla öz mahiyyətini dəyişir. Toy sahibləri dəvətnamə verdikdən sonra qonaqlara zəng edərək harada və kiminlə oturmaq istədiklərini soruşur. Bu sual isə avtomatik olaraq toya getməmək fikrinin üstündən xətt çəkir.
Maraqlısı ondadır ki, insanların özləri yeni yaranan bu adətdən heç də xoşları gəlmir. Amma toylarda belə hallar tez-tez rast gəlinir.
Sosioloqlar isə belə halların yaranmasının səbəbinin toylara biznes kimi yanaşılmasında görürlər.
Mütəxəssislərin fikrincə, adətlərə olan əlavələr və dəyişiklik cəhdlərinin cəmiyyət üçün mənfi təsirləri də az olmayacaq.
Sosioloqların fikrincə, bu cür dəvətlər insanın müsbətə kökləndiyi toy ab-havasına heç də yaxşı təsir bağışlamır.
Moderator.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …