Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Toylarda yeni trend: dəvətnamədən sonra gələn zəng (VİDEO)

Toylarda yeni trend: dəvətnamədən sonra gələn zəng (VİDEO)

Son zamanlar toylarda yeni trend formalaşıb – dəvətnamədən sonra zənglər edilir.
Milli adətlərimizin arasında ən maraqlı ənənələrdən biri olan toy mərasimləri də zamanla öz mahiyyətini dəyişir. Toy sahibləri dəvətnamə verdikdən sonra qonaqlara zəng edərək harada və kiminlə oturmaq istədiklərini soruşur. Bu sual isə avtomatik olaraq toya getməmək fikrinin üstündən xətt çəkir.
Maraqlısı burasındadır ki, insanların özləri yeni yaranan bu adətdən heç də xoşları gəlmir.Amma toylarda belə hallar tez-tez rastlanır.
Sosioloqlar isə belə halların yaranmasının səbəbinin toylara biznes kimi yanaşılmasında görürlər.
Mütəxəssislərin fikrincə, adətlərə olan əlavələr və dəyişiklik cəhdlərinin cəmiyyət üçün mənfi təsirləri də az olmayacaq.
Sosioloqların fikrincə, bu cür dəvətlər insanın müsbətə kökləndiyi toy ab-havasına heç də yaxşı təsir bağışlamır.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …