Çərşənbə , İyul 8 2020
Ana səhifə / Cəmiyyət / “Toylar iki saat olsun” — Deputatdan TƏKLİF

“Toylar iki saat olsun” — Deputatdan TƏKLİF

Deputat Fazil Mustafa İnzibati Xətalar Məcəlləsində maskaların taxılmamasına görə tətbiq ediləcək cərimələrə münasibət bildirib. 


Qafqazinfo xəbər verir ki, F. Mustafa çıxışında məsələni mürəkkəbləşdirməyə ehtiyac olmadığını vurğulayıb: “Məhkəmələrin üzərinə qoymaq lazım deyil. Bu, müvəqqəti haldır. Bunu müvafiq İcra Hakimiyyəti həll etməlidir. Vəzifəli, hüquqi şəxsləri bura qatmağın nə mənası var ki? Fiziki şəxslərə şamil edilməlidir. Çünki fiziki şəxs özü fərdi məsuliyyət daşıyır”.

F. Mustafa həmçinin toyların iki saat ərzində keçirilməsini təklif edib: “Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.

Deputat Razi Nurullayev deyib ki, cərimələrlə narazı vətəndaşların sayını artırmaq lazım deyil: “Vətəndaş niyə maska taxmır, kim canından bezib ki? Çünki vətəndaşlar koronavirusa inanmır. Bu xəstələri çəkmək, yaşayış yerlərini demək lazımdır. Statistika deyəndə ünvanları demək lazımdır. Mənə də maraqlıdır ki, niyə adlar gizlədilir? Adamlar xəstəxanaya gedəndə qorxur ki, deyəcəklər koronavirussan. Məgər bu virusdan başqa xəstəlik yoxdur?! İnsanlar qorxusundan təcili yardıma belə zəng etmir”.

Spiker Sahibə Qafarova deyib ki, koronavirusla bağlı Azərbaycanda sirr yoxdur: “Tez-tez brinfinqlər keçirilir. TƏBİB də suallara cavab verir. Düşünürəm ki, heç bir sirr yoxdur”.

Həmçinin oxuyun

Azərbaycanda çəkdiyi yolları Türkiyədə yaparsa,”Polat Yol Yapı”-nın aqibəti necə olar? – İTTİHAM

Bildiyimiz kimi bu gün xarici ölkəkərin beynəlxal miqyasda kifayət qədər tanınan bir cox şirkətlərının Azərbaycanda …