Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Cəmiyyət / Toylar hansı qaydada keçirilə bilər? – Daha bir açıqlama

Toylar hansı qaydada keçirilə bilər? – Daha bir açıqlama

Açıq havada bəlli bir iştirakçı sayı ilə toyların keçirilməsi ehtimalı var.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Onun sözlərinə görə, hətta böyük şadlıq saraylarının 25 faizini tutmaqla və bəlli limit saat tətbiq etməklə bu tədbiri keçirmək mümkündür:

“Ancaq yenə də bu tədbirlərin keçirilməsi üçün hökumət əmin olmalıdır ki, insanlar toylarda bir-biri ilə yaxın təmasda olmayacaq. Onlar qoyulan qaydalara riayət etməsə, əksi olar, yoluxma artar, yenidən epidemioloji vəziyyət gərginləşər.

Qərarların nə olacağı və nə vaxt tətbiq ediləcəyini bilmirik, amma bir gün toy mövsümləri açılacaq. Bu qərar veriləcək və bu halda hər bir insan əvvəlkindən qat-qat tədbirli olmaq kimi bir məsuliyyət daşımalıdır”. Trend

Həmçinin oxuyun

Atlant” İstirahət Mərkəzindən ŞİKAYƏT: – “Siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı…”

“Atlant” İstirahət Mərkəzinindən şikayət var.Sonxeber.az-ın məlumatına görə, şikayətçi həftə sonunu keçirmək üçün “Atlant” İstirahət Mərkəzinə …