Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Tornado” şirkətinin “qoçuları” dinc sakinləri döydülər

“Tornado” şirkətinin “qoçuları” dinc sakinləri döydülər

“Evimizin qarşısında sakit durarakən, “Tornado”nun 20-dən çox işçisi bizə hücum çəkib, döydülər”

Sabunçu qəsəbəsində Qəmbər Vəzirov küçəsi, ev 13 ünvanında yaşayan Füzuli  İsa oğlu Mirzəliyev “Tornado” şirkətinin əməkdaşlarından şikayətçidir.  Şikayətçi “Yeni Müsavat” qəzetinin redaksiyasına müraciət edərək, aşağıdakıları söyləyib:
“Üç-dörd qonşu bu səhər küçəmizdə oturub söhbət edirdik. Hər zamankı kimi əlimdə də telefonum var idi. Bir də gördük ki, 20-dən çox adam bizə yaxınlaşdı. Həmin şəxslər  dörd “Niva” (VAZ 2121-red) markalı maşınla gəlmişdilər. Bildirdilər ki, “Tornado” şirkətinin işçiləridirlər. İşçilərdən biri mənim telefonumu zorla əlimdən aldı ki, sən bizim şəkilimizi çəkirsən. Mən də dedim ki, baxın telefonuma, görün burada nə çəkmişəm.  Onlar da telefonu alıb baxdılar. Sonra mənə dedilər ki, sən “qaşınırsan”, səni döymək lazımdır. Sonra da mən başda olmaqla, qonşularımı da döyüb getdilər. Dedilər ki, gedin kimə şikayət edirsiniz, edin. Bizim sökülən və ya tikilən heç nəyimiz yoxdur. Sadəcə olaraq telefonumu alıb baxıb, sonra da məni döydülər. Hazırda şikayət məqsədi ilə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindəyik”.
Onu da qeyd edək ki, “Tornado” adlanan şirkətin əməkdaşları bu ilin 21 sentyabr tarixində, Sabunçu qəsəbəsində çəkiliş apararkən, “Yeni Müsavat” qəzetinin jurnalistləri olan Məhəmməd Türkmən və İlkin Muradova da fiziki zor tətbiq etmişdilər. Əməkdaşlarımız jurnalist olduqlarını və çəkiliş aparmağın onların vəzifə borcu olduğunu söyləsələr də “Tornado”nun mühafizəçiləri buna məhəl qoymayıb, nalayiq ifadələr işlədib,  kameranı sındırmağa cəhd ediblər.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın