Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı – FOTO

Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı – FOTO

Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.

Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın “Facebook” sosial şəbəkəsində topçunu təhqir edəcək rəy yazmışdı.

Pravda.az xəbər verir ki, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:

“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.

M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib”.Oxu.az

Həmçinin oxuyun

Mələkxanım Əyyubovanın polkovnik əri işdən çıxarıldı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Unikal.org xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik …