Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / “Toliki tənqid edənlər qələt edir” – Qazinin əmisi

“Toliki tənqid edənlər qələt edir” – Qazinin əmisi

“Mən Əlinin əmisi olsam da, ona ata əvəziyəm. Aparıcı Tarix Əliyevdən (Tolik) özüm xahiş etdim ki, Əliyə həssas bir şey desin və onun dili açılsın”. 

Bu sözləri açıqlamasında qazi Əli Məmmədovun əmisi Zabil Məmmədov deyib.

O aparıcının tənqid olunmasına sərt reaksiya verib:

“Bizə görə Toliki tənqid edənlər qələt edir. Bizim səsimizə ilk səsi Tolik verdi. Özümüz Lənkəran şəhərində yaşayırıq, övladımız qazi olandan sonra heç kim gəlib dərdimizə şərik olmadı. Bu məsələyə biganə yanaşdılar. Biz hər gün Tolikin canlı yayımını izləyirik. Kənardan onu tənqid edib, ona artıq-əskik nəsə deyənlər gəlib bizə desinlər  necə lazımdı başa salım. Tolikə söz deyənlər qələt edib, başların divara vururlar. Bu məsələni uzatmaq lazım deyil”.

Qeyd edək ki, Tarix Əliyev canlı yayımda qazi Əli Məmmədova dediyi sözlərə görə tənqid olunub. Azxəbər

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …