Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Tofiq Zülfüqarov: “Çox şeyləri ondan öyrənməyə çalışmışam”

Tofiq Zülfüqarov: “Çox şeyləri ondan öyrənməyə çalışmışam”

Bu gün mərhum dövlət müşaviri, politoloq Vəfa Quluzadənin anadan olmasının növbəti ildönümüdür.

Maraqlıdır, V.Quluzadə öz həmkarlarının yaddaşında necə qalıb? Mərhum dövlət müşaviri bir insan və siyasətçi olaraq necə xarakterizə edilir?

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov V.Quluzadə haqqında maraqlı fikirlər səsləndirib:

“V.Quluzadə yaşda məndən bir qədər böyük olsa da, yaxın dostum idi. Dəfələrlə onunla bir yerdə danışıqlarda iştirak etmişik. Xüsusilə də Ermənistan-Azərbaycan konfilikti ilə bağlı beynəlxalq tədbirlərdə təmsil olunmuşuq. Bu tədbirlərdə onun diplomat və siyasətçi olaraq bacarığı, insanları özünə cəlb etməsi, Azərbaycanın mövqeyini yüksək səviyyədə müdafiə etməsinin dəfələrlə şahidi olmuşam. Çox şeyləri ondan öyrənməyə çalışmışam. O, çox ziyalı, gözəl, vətənpərvər bir insan idi.

Onun gözəl zarafatları vardı. Dərin biliyə malik idi. Azərbaycan, rus, ərəb ədəbiyyatını çox gözəl bilirdi. O, hərtərəfli bir şəxsiyyət idi. Gözəl ailə başçısı idi.

Azərbaycan ictimaiyyəti və siyasəti onun simasında ağır bir itki vermiş oldu. O, ictimaiyyətin rəğbət və hörmət etdiyi bir insan idi. Allah rəhmət eləsin”.

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …