Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Cəmiyyət / Tofiq Yaqublunun oğluna müharibədə iştirakına görə medal verildi

Tofiq Yaqublunun oğluna müharibədə iştirakına görə medal verildi

Milli Şuranın üzvü Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Bu barədə T.Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
“Bu medalı qardaşım adına almaq bu gün mənə nəsib oldu. Qardaşımı bu münasibətlə təbrik edirəm və onunla qürur duyuram. Qazi qızı olmaq necə şərəflidirsə, qazi bacısı olmaq da elə şərəflidir. Rəhim müharibədən sağ-salamat gəlsə də, biz yenə onun həyatı üçün narahat olmağa başlamışdıq. Çünki bu dəfə də ata onun öldürüləcəyi ilə təhdid olunmuşdu. İndi Rəhim Amerikada olsa da, biz yenə də savaşdayıq. Bu dəfə isə yenidən Tofiq Yaqublunun azadlığı üçün savaşırıq”, – N.Həzi bildirib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.
Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.
O, qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq yanvarın 5-dən aclığa başladığını açıqlayıb.

Həmçinin oxuyun

Şeyx də şəhid Orxan Əsgərovun yas mərasiminə gəldi – FOTO

Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş …