Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Cəmiyyət / Tofiq Yaqublunun oğlu hərbi xidmətə tam yararlıdır – VİDEO

Tofiq Yaqublunun oğlu hərbi xidmətə tam yararlıdır – VİDEO

Tibb xidməti mayoru Bəhram Qurbanov: “Əsgər Rəhim Yaqublunun hazırkı diaqnozunun hərbi xidmət keçməsinə heç bir maneəçiliyi və problemi yoxdur, o, hərbi xidmətə tam yararlıdır”.

Avqustun 17-də “Nigar Hezi” adlı sosial şəbəkə istifadəçisi əsgərlikdə olan qardaşı Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən travma aldığı və guya əməliyyata ehtiyacı olduğu halda hərbi hissədə müalicə olunmadığı barədə paylaşım edib.

Avqustun 18-də Müdafiə Nazirliyi dərhal məsələyə reaksiya verib və deyilənlərin tam həqiqəti əks etdirmədiyi məlum olub. Belə ki, Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, “Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.

Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək”.

Azvision.az -ın əməkdaşı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgər R.Yaqublunun müayinə prosesində iştirak edib.

Hospitalın ortopediya bölməsinin baş ordinatoru tibb xidməti mayoru Bəhram Qurbanov saytımıza açıqlamasında bildirib: “Əsgər Yaqublu Rəhim Tofiq oğlu bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına sol dizində olan ağrı şikayəti ilə müraciət edib.

Xəstə anamnezində üç il əvvəl futbol oynayarkən (mülki həyatda) aldığı travmanı göstərir. Həmin zədə ilə bağlı mülki həyatda tam müalicə alınmayıb.

Əsgərin hərbi xidməti dövründə, son vaxtlar sol dizində ağrı olması ilə bağlı şikayəti yaranmış və o, hospitala müraciət etmişdir. Tərəfimizdən xəstənin bu gün klinik-instrumental müayinələri aparılıb. Sol diz oynağının maqnit-rezonans tomoqrafik müayinəsi olunub.

Nəticədə məlum olub ki, xəstədə keçirdiyi köhnə travmaya bağlı olaraq sol diz oynağının çarpaz bağında qismi olaraq zədələnmə əlamətləri var. Bu əlamətlər hazırda heç bir cərrahi əməliyyata göstəriş deyil. Əsgər R.Yaqublunun heç bir cərrahi əməliyyata göstərişi yoxdur. Onun hər iki – sağ və sol dizlərində funksional göstəriciləri eynidir. Heç bir funksional pozuntu yoxdur. Sadəcə xəstəyə bir neçə məsləhət verilib. Hansı ki, o, müəyyən fiziki hərəkətləri icra etməklə sol dizindəki funksionallığı tam bərpa edə bilər. Hazırkı xəstəliyi və diaqnozunun onun hərbi xidmət keçməsinə heç bir maneəçiliyi və problemi yoxdur, xəstə hərbi xidmətə tam yararlıdır”.

Həmçinin oxuyun

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb …