Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Tofiq Yaqublu Respublika Prokurluğuna çağırıldı

Tofiq Yaqublu Respublika Prokurluğuna çağırıldı

Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu Respublika Prokurluğuna çağırılıb. Bu haqda “Basta”ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

“Bu gün səhər baş prokurorun müavini Rüstəm Usubov Tofiq Yaqubluya zəng edib və onu saat 17:00 üçün prokurorluğa dəvət edib. Tofiq Yaqublu dəvəti gəbul edib”.

Gülağa Aslanlı dəvətin səbəbinin məlum olmadığını bildirib.

Hazırda Tofiq Yaqublu Gülağa Aslanlı ilə birlikdə Neftçala rayonunda – şəhid Sadiq İmanovun yas mərasimindədir.

Dönən Tofiq Yaqublu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb, onunla digər məsələlərlə yanaşı, həm də Azərbaycandakı son durum barədə söhbət edib.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli prokurorluğa dəvətin mümkün səbəbi barədə “Basta”nın sualına cavab olaraq, bildirib ki, Tofiq Yaqublu ilə bağlı hər hansı hüququ prosedur qalmayıb. “Yalnız Avropa Məhkəməsinin onunla bağlı qərarı icra edilməyib. Amma Tofiq Yaqublunun buna görə prokurorluğa dəvət olunduğu da inandırıcı deyil, çünki bu məsələ ilə Prezident Administrasiyasının İşlər İdarəsi məşğul olur”, – Nemət Kərimli deyib.

Qeyd edək ki, vicdan məhbusu olmuş Tofiq Yaqublu ölkə başçısının əfv fərmanına əsasən martın 18-də həbsdən azad edilib.

 

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …

Bir cavab yazın