Çərşənbə , Mart 29 2023
Ana səhifə / Cəmiyyət / “Tik-Tok” un “Oliqarx”ı Pərvin Abıyeva ilə etdiyi “Askar” Otel söhbətinə aydınlıq gətirdi

“Tik-Tok” un “Oliqarx”ı Pərvin Abıyeva ilə etdiyi “Askar” Otel söhbətinə aydınlıq gətirdi

Azinforum.az “Tik-Tok” sosial şəbəkəsində aktrisa Pərvin Abıyeva ilə həmin şəbəkədə izləyicilərə bahalı hədiyyələr göndərən və “Oliqarx 047” ləqəbi ilə tanınan Yunis Hüseynəliyev adlı şəxslə olan dialoquna dair məlumat paylaşmışdı. Bizə istinadən ölkənin bir çox tanınmış saytları tərəfindən də tirajlanan həmin məlumatda bildirilirdi ki, bahalı hədiyyələrin göndərilməsi fonunda şəbəkədəki qızların dəstəkçilərlə otellərdə görüşürlər. Bu məzmunda söhbət Pərvin Abıyeva ilə “Oliqarx”ın apardığı yayımın baş mövzusu olub. Yunis Hüseynəliyev Azinforum.az-la əlaqə saxlayaraq bildirib ki, bu xüsusda Bakıda fəaliyyət göstərən “Askar” otelin adının onun tərəfindən çəkilməsi düzgün anlaşılmayıb: “Mənim sözügedən otellə bağlı dediklərim indiki zamana aid deyil. İş burasındadır ki, həmin oteli 2020-ci ildə mən işlətmişəm. Həmin vaxt hazırda məni hədiyyə atmağa görə “Tik-Tok”da şantaj edən bir çox xanımların ora necə və kimlərlə gəlib-getdiklərini özüm gözlərimlə görmüşəm. Hazırda “Askar” Otellə heç bir əlaqəm yoxdur. İndiki fəaliyyətində həmin otelə uğurlar arzulayıram”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? – AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutuları ilə bağlı yayılan məsələyə münasibət bildirib. Komitədən …