Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / Teymur əminin iflic olan nəvəsini 100 min manat xilas edə bilər – VİDEO

Teymur əminin iflic olan nəvəsini 100 min manat xilas edə bilər – VİDEO

Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) öz adını daşıyan nəvəsinin köməyə ehtiyacı var.

Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

Avtomobil qəzası keçirən 28 yaşlı Teymur Mustafayev bir ildir ki, yataq xəstəsidir. O, əl və ayağın iflicindən, ağır onurğa beyin travmasından əziyyət çəkir.

Teymurun sözlərinə görə, onun müalicəsinə bir müddət qohumları dəstək olub.

“Babam sağlığında nəvələri üçün hər şeyi etdi. Yaşasaydı, məni bu vəziyyətdə qoymazdı”, – o söyləyib.

Mərhum Xalq artistinin nəvəsinin sağlamlığına qovuşması üçün 100 min manata ehtiyac var:

“Müalicəmi xaricdə davam etdirmək istəyirik. Heç olmasa əsa ilə gəzə biləcəyəm”.

Həmçinin oxuyun

Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş – VİDEO

Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb. Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı …