Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Telman İsmayılovun harada gizləndiyi məlum oldu

Telman İsmayılovun harada gizləndiyi məlum oldu

Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənir. Virtualaz.org “Cinayətkar Rusiya” portalına istinadən cəbər verir ki, bu informasiya ilə məlumatlı mənbə paylaşıb.

Mənbənin sözlərinə görə, qaçqın oliqarx bu ölkənin hakim dairələri ilə Rusiyaya deportasiya edilməyəcəyi ilə bağlı razılığa gəlib.

Xatırladaq ki, ötən il İsmayılovlar ailəsi Antalyadakı “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə yaşayırdı. Lakin Rusiyaya təhvil verilməkdən ehtiyatlanaraq, onlar bu ölkəni tərk ediblər.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …