Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Telekanal aylardı müqaviləsiz çalışdırdığı işçini qəflətən işdən qovub – İnterAz-da qalmaqal

Telekanal aylardı müqaviləsiz çalışdırdığı işçini qəflətən işdən qovub – İnterAz-da qalmaqal

Azərbaycan teleməkanında ən qalmaqallı kanal kimi yadda qalan, “Azərspace 1” peykində yayımı yenicə bərpa olunan, işçilərinin maaşını aylarla gecikdirməklə böyük etirazlarla qarşılanan İnterAz telekanlında növbəti qanunsuzluq baş verib. 30-dan yuxarı işçinin çalışdığı və bu işçilərinin ştatdan kənar işlədildiyi kanalda əmək hüquqlarının növbəti pozuntusu halı baş verib. Beləki, 7 aydan artıq müddətdə telekanalda 500 manat maaş müqabilində montajçı kimi çalışan, ştata alınmayan Zaur Səfərov gözlənilmədən işdən uzaqlaşdırılıb. İşdən çıxarılması ilə bağlı ona heç bir xəbərdarlıq olunmayıb. Faktı Zaur Səfərovun özü də saytımıza təsdiqləyib.
“Bugün 7 fevraldır. Hər gün olduğu kimi saat 10:00-da işə gəldim. 1 saat öncə isə mənə səni işdən azad edirik söyləyib işdən çıxardılar. Heç bir əsas gətirmədən”- deyə Z. Səfərov bildirib. Zaur Səfərov bildirib ki, xəbərdarlıq olunmadan işdən qəflətən azad olunması ona maddi və mənəvi ziyan vurub.

Qeyd edək ki, bu İnterAz telekanalında işçilərə qarşı ilk belə qanunsuz hal deyil. Telekanal rəhbərliyi əmək məcəlləsinin müvafiq müddəalarını tamamilə heçə alır. Bildirək ki, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNƏ əsasən işəgötürülən hər bir işçi ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanılmalıdır. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.İşçiyə heç bir xəbərdarlıq etmədən onu işdən azad edən müəssisə işdən azad olunan Azərbaycan Respublikasənən vətəndaşına qanunvericilik çərçivəsində konpensasiya ödəməlidir. Əks halda, işçi qanuna uyğun olaraq məhkəmə icra orqanına müraciət edə bilər.

Ümid edək ki, aidiyyatı qurumlar dövlət qanunlarını, əmək məccəlləsini heçə sayan telekanala qarşı bir tədbir görəcək! (CNN BAKU)

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın