Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Cəmiyyət / Tel­man Nu­rul­la­yev: “Kom­mu­nistlə­rin Ru­si­ya­da yük­sək səs top­la­ma­sın­da qey­ri-adi­lik yox­dur”

Tel­man Nu­rul­la­yev: “Kom­mu­nistlə­rin Ru­si­ya­da yük­sək səs top­la­ma­sın­da qey­ri-adi­lik yox­dur”

“Ək­si­nə, biz dü­şü­nü­rük ki, Kom­mu­nist Par­ti­ya­sı ni­yə bi­rin­ci ye­ri tut­ma­dı?”

Ru­si­ya Döv­lət Du­ma­sın­da­kı 450 yer­dən 225-nə seç­ki­lər pro­por­si­o­nal, qa­lan 225-nə ma­jo­ri­tar əsas­da ke­çi­ri­lib. Seç­ki­lə­rin il­kin nə­ti­cə­lə­ri­nə əsa­sən heç bir sen­sa­si­ya baş ver­mə­yib və səs­lə­rin ək­sə­riy­yə­ti­ni ha­kim par­ti­ya qa­za­nıb. Bax­ma­ya­raq ki, bu seç­ki­lər Ru­si­ya­da cid­di so­si­al-iq­ti­sa­di çə­tin­lik­lə­rin ya­şan­dı­ğı bir vaxtda ke­çi­ri­lir. Döv­lət Du­ma­sın­da qa­lan yer­lə­ri bö­lüş­dü­rən­lər for­mal ola­raq mü­xa­li­fət par­ti­ya­la­rı he­sab edil­sə də, on­lar prin­si­pi­al mə­sə­lə­lər­də Krem­lin si­ya­sə­ti­ni dəs­tək­lə­yir.
Ar­tıq Ru­si­ya Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı nə­ti­cə­lə­ri açıq­la­ma­ğa baş­la­yıb. MSK səs­lə­rin təx­mi­nən 7 fa­i­zi­nin sa­yıl­ma­sın­dan son­ra ha­kim “Va­hid Ru­si­ya” par­ti­ya­sı­nın 44.15 fa­iz səs top­la­dı­ğı­nı elan edib. Ji­ri­novski­nin par­ti­ya­sı­nın (LDPR) 18.39, Kom­mu­nist Par­ti­ya­sı­nın (KPRF) 17.24, “Əda­lət­li Ru­si­ya”nın 6.24 fa­iz səs top­la­dı­ğı elan edi­lib. Be­şin­ci yer­də isə “Ru­si­ya Kom­mu­nistlə­ri” par­ti­ya­sı gə­lir, la­kin bu par­ti­ya 5 fa­iz­lik bar­ye­ri ke­çə bil­mir.
MSK bil­di­rir ki, bir­man­dat­lı da­i­rə­lər üz­rə ha­kim “Va­hid Ru­si­ya” par­ti­ya­sı Döv­lət Du­ma­sın­da 65 man­dat qa­za­na bi­lər. La­kin bun­lar hə­lə il­kin nə­ti­cə­lər­dir.
Ümum­ru­si­ya İc­ti­mai Rə­yi Öy­rən­mə Mər­kə­zi və Fe­de­ral İc­ti­mai Rəy sor­ğu mər­kəz­lə­ri­nin apar­dı­ğı “exit-poll”arın nə­ti­cə­lə­ri­nə əsa­sən isə, nə­ti­cə­lər da­ha fərqli­dir. Be­lə ki, bu “exit-poll”ar­dan bi­ri­nə gö­rə, ha­kim par­ti­ya 49.9 fa­iz səs yı­ğıb. KPRF 16.3 fa­iz səs­lə ikin­ci, LDPR 14.3 fa­iz səs­lə üçün­cü­dür, “Əda­lət­li Ru­si­ya” isə 7.6 fa­iz səs yı­ğıb. La­kin Ümum­ru­si­ya İc­ti­mai Rə­yi Öy­rən­mə Mər­kə­zi­nin apar­dı­ğı “exit-poll”a əsa­sən, qərbmeylli mü­xa­li­fət par­ti­ya­sı “Yab­lo­ko” 3 fa­iz­lik bar­ye­ri ke­çir və bu par­ti­ya döv­lət­dən ma­liy­yə al­maq şan­sı qa­za­nır. Par­ti­ya­nın 3.4 fa­iz səs ala bi­lə­cə­yi bil­di­ri­lir. MSK-nın səd­ri Ol­qa Pam­fi­lo­va isə de­yib ki, “exit-poll” hə­lə rəs­mi nə­ti­cə de­yil və rəs­mi nə­ti­cə­lər­lə rəy sor­ğu­la­rı ara­sın­da kar­di­nal fərqlər ola bi­lər.
Gö­rün­dü­yü ki­mi, həm rəs­mi da­i­rə­lə­rin açıq­la­dı­ğı rə­qəm­lər­də, həm də müs­tə­qil mü­şa­hi­də­çi­lə­rin gəl­di­yi qə­na­ət­də bi­rin­ci ye­ri ha­kim par­ti­ya, ikin­ci ye­ri isə kom­mu­nistlər tu­tur. Ar­tıq bu sı­ra­la­ma ənə­nə ha­lı­nı alıb. Uzun il­lər­dir kom­mu­nistlər ikin­ci­li­yi əl­dən ver­mir.
Azər­bay­can kom­mu­nistlə­ri Ru­si­ya­da­kı əqi­də­daş­la­rı­nın uğu­ru­nu nə ilə izah edir?
Azər­bay­can Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin bi­rin­ci ka­ti­bi Tel­man Nu­rul­la­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, kom­mu­nistlə­rin Ru­si­ya­da yük­sək səs top­la­ma­sın­da qey­ri-adi­lik yox­dur: ” Bu sırf qa­nu­na­uy­ğun­luq­dur. Ək­si­nə, biz dü­şü­nü­rük ki, Kom­mu­nist Par­ti­ya­sı ni­yə bi­rin­ci ye­ri tut­ma­dı? An­caq, is­tə­ni­lən hal­da, Ru­si­ya ki­mi bö­yük öl­kə üçün bu bö­yük gös­tə­ri­ci­dir. Zü­qa­no­vun par­ti­ya­sı­nın qa­zan­dı­ğı səs­lər­də bir qə­dər azal­ma var. He­sab edi­rik ki, bu­nun da fər­qi­nə va­rıb növ­bə­ti seç­ki­də da­ha bö­yük əzmkar­lıq nü­ma­yiş et­di­rə­cək­lər. Biz sa­bah ru­si­ya­lı kom­mu­nist əqi­də­daş­la­rı­mı­za qa­zan­dıq­la­rı uğur­la bağ­lı təb­rik mək­tu­bu gön­də­rə­cə­yik. Ru­si­ya­da sol­çu­luq hər za­man po­pul­yar olub. Ha­zır­da da bu bə­lə­dir. Çün­ki hə­min öl­kə­nin or­ta tə­bə­qə­si kol­lek­tiv­çi­li­yə meylli­dir. Bun­dan əla­və, bir əsrdən ar­tıq­dır marksizm-le­ni­nizm ide­o­lo­gi­ya­sı hə­min öl­kə­də tüğ­yan edir. Tə­bii ki, bü­tün bun­la­rın hə­min uğu­ra bö­yük tə­si­ri var. Bi­zim və ru­si­ya­lı kom­mu­nistlə­rin is­tə­yi bu­dur ki, növ­bə­ti seç­ki­lər­də on­lar bi­rin­ci­li­yi qa­zan­sın. Bu­nun üçün hə­min öl­kə­də mün­bit şə­ra­it var”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Biznesdə gender disbalansı: kişilər qadınlardan dörd dəfə çoxdur

Dövlət strukturları tərəfindən qadın sahibkarlara diqqət və qayğının göstərilməsinə baxmayaraq, Azərbaycanın biznes sferasında onların sayı …

Bir cavab yazın