Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Cəmiyyət / Tehran Mənsimovdan daha bir AÇIQLAMA

Tehran Mənsimovdan daha bir AÇIQLAMA

Şuşa ilk növbədə Azərbaycan SQ-nin xüsusi təyinatlı qüvvələrinin qəhrəmanlığı sayəsində azad edilib. Bu barədə Asan Radio-ya müsahibəsində əməliyyata rəhbərlik etmiş xüsusi təyinatlılar birləşsının komandiri Tehran Mənsimov bildirib.

Şuşanın azad edilməsi əməliyyatına başlamaq əmri oktyabrın ortalarında, Hadrut və Cəbrayılda döyüşlər gedərkən gəlib, deyə Mənsimov bildirib. Həmin günlərdə xüsusi təyinatlılar bir sıra uğurlu əməliyyatlar həyata keçirərək, Hadrut şəhəri ətrafındakı yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirmişdi, bu, düşmən üçün tamamilə gözlənilməz oldu. Ermənilər Azərbaycan SQ-nin hücumunun bu istiqamətdən olacağını gözləmirdilər.

Bundan sonra cəmi 90 nəfərin həyata keçirdiyi əməliyyatla Füzuli ətrafındakı yüksəkliklər və kəndlər ələ keçirildi. Artilleriyanın dəstəyi ilə düşmənin arxa cəbhəsinə doğru 8,5 km yürüş edən, onu yüksəkliklərdən düşürən, daha sonra isə əks hücumları dəfn edərək Yuxarı Yağlıvənd və Dilağarda kəndlərini azad edən xüsusi təyinatlıların hazırlığı öz sözünü dedi, deyən polkovnik qeyd edib ki, üç istiqamətdə düşmənin 58, 84 və 80 əsgəri məhv edilib. Xüsusi təyinatlılar tərəfindən itkilər minimal olub.

Bu döyüşdən sonra Müdafiə Nazirliyinin rəhbərliyindən əmr gəlib və bir neçə briqadadan ibarət xüsusi təyinatlıların əməliyyat qrupu yaradılıb, bu qrupa Mənsimov rəhbərlik edib.

Azərbaycan SQ xüsusi təyinatlı qüvvələrinin komandanı general-leytenant Hikmət Mirzəyev mənə əmr verdi – Şuşanın azad edilməsinə hazırlaşın. Xüsusi təyinatlı birləşmələr meşələrdən və dağlardan, faktiki olaraq düşmənin cəbhə arxasından irəliləyirdi. Yol boyu Çanaxçı, Sıxnax və digər kəndlər azad edilib.

Növbəti əmr Şuşanın girəcəyindəki Daşaltı kəndinin azad edilməsi olub. Bu tapşırıq noyabrın 4-də yerinə yetirilib. İtkilər az olmayıb və döyüşlər ağır olub, amma tapşırıq yerinə yetirilib. Düşmənin noyabrın 5-də iki tərəfdən (Şuşa və Laçın) əks hücum həyata keçirmək cəhdlərinin qarşısı alınıb, deyə polkovnik bildirib.

Daha sonra xüsusi təyinatlı qüvvələr Şuşa-Laçın və Şuşa-Xankəndi yolunu bağlayıblar və noyabrın 6-da artıq Şuşada döyüşlər başlayıb. Düşmən zirehli texnikadan istifadə edirdi, xüsusi təyinatlıların isə yalnız tank əleyhinə qumbaraatanları var idi. “Bizim gücümüz çatmırdı və son 4 qumbaraatanla ermənilərin iki tankını yandırdıq və onları şəhərdən sıxışdırıb çıxardıq. Noyabrın 6-dan 7-nə keçən gecə ermənilər Şuşaya üç əks hücum cəhdi ediblər, amma məhv ediliblər. Şəhər noyabrın 7-də təmizlənib, noyabrın 8-də isə ölkə rəhbərliyi Şuşanın azad edildiyini elan edib”.

“Ermənilər Azərbaycan ordusunun gücü qarşısında məğlubiyyətlərini etiraf etmək istəmirlər, buna görə şəhərin təhvil verilməsi haqqında nağıllar danışırlar. Təkcə Şuşada və şəhərin yaxınlığında biz erməni əsgərlərinin 730 cəsədini saymışıq. Hansı təhvil verilmədən söhbət gedə bilər?”, deyə Mənsimov qeyd edib.

Həmçinin oxuyun

Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi

AMEA Tarix institutunda həyata keçirilən ümumi islahatların tərkib hissəsi kimi institutun mövcud mülkiyyətindən səmərəli istifadə …