Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Cəmiyyət / Tarix İnstitutu struktur dəyişiklikləri barədə açıqlama yaydı

Tarix İnstitutu struktur dəyişiklikləri barədə açıqlama yaydı

“Bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə bir sıra saytların “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə zidd olaraq, birtərəfli qaydada institutda keçirilməsi nəzərdə tutulan kompleks struktur dəyişiklikləri haqqında təklifləri qəsdən siyasiləşdirməsi, reallığı əks etdirməyən uydurma məlumatlar yayması, sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyası təşkil etməsi təəssüf hissi doğurur”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tarix institutunda həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri haqqında təkliflər üzrə rəsmi qərar qəbul edildikdən sonra, bu barədə geniş ictimaiyyətə ətraflı məlumat veriləcək və kütləvi informasiya vasitələrinin hər bir sualı istisnasız olaraq cavablandırılacaq.

Həmçinin oxuyun

Prezident general Hikmət Mirzəyevi təltif etdi- SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə …