Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / Tankçılarımız “Tank biatlonu”nda qrupda birinci oldular – FOTO

Tankçılarımız “Tank biatlonu”nda qrupda birinci oldular – FOTO

Bu gün “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsi start götürüb.

Müdafiə Nazirliyi bildirir ki, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Azərbaycan tankçıları müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il “Tank biatlonu” müsabiqəsində 23 ölkədən tank heyətləri iştirak edir.

Həmçinin oxuyun

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” …