Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / Tanınmış yazıçı Xəzər televiziyasını tənqid etdi: “Cəngəllikdə yaşamırıq axı…”

Tanınmış yazıçı Xəzər televiziyasını tənqid etdi: “Cəngəllikdə yaşamırıq axı…”

Tanınmış yazıçı Aysel Əlizadə Xəzər televiziyasını tənqid edib.

O, televiziyanın “Təsir dairəsi” verilişində qanuna zidd hallara yol verildiyini bildirib.

“Əri Rusiyada olan bir qadın 4 uşağını qoyub gedib. Nə baş verib, niyə gedib? Bunu heç kim nə peşəkar olaraq çözdü, nə izah verdi, nə qadın sözünü deyə bildi. Qadın bu vaxt ərzində kimlə görüşüb, nə edib hamısını Xəzər TV-nin “Təsir dairəsi” verilişində açıb tökdülər. Ekspertlər, zəng vuranlar, zaldakılar ağızlarından çıxanı ən ədəbsiz şəkildə, ən təhqiramiz formada yağdırdılar qadına. Biz cəngəllikdə yaşamırıq axı. Bu ölkədə heçmi hüquqa sayğı yoxdur? Kimin haqqı var insanı efirə çıxarıb, hamılıqla üstünə tökülüşüb, milyonların gözü önündə söyməyə? Axı qanun buna icazə vermir. Üstəlik, bizim cəmiyyətdə yüzlərlə atasız böyüyən uşaq var. Övladından xəbərsiz saysız-hesabsız kişi var. Onları heç kim bu şəkildə alçaltmır. Qadın uşaqlarını səbəbsiz yerə atıbsa, bunun hüquqi yolu var. Yox, tutarlı səbəblər varsa, bu da yenə hüquqi prosedur tələb edir. Müvafiq icra orqanı işə qarışır, araşdırma aparılır və analıq hüququ ləğv edilir. Bir insanı bu şəkildə, həm də efirdən necə mobbinq etmək olar? Bu, olduqca qeyri-etik, qanunsuz, sivil qaydalara sığmayan mənzərədir” – yazıçı qeyd edib.

Həmçinin oxuyun

Zaur Baxşəliyev Nərminin qətlinə görə məhkəməyə çağırıldı

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın …