Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Cəmiyyət / Tanınmış şəxslər BDU-dan ÇIXARILDI

Tanınmış şəxslər BDU-dan ÇIXARILDI

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.

Əmrin surəti sosial şəbəkələrdə paylaşılıb.

Əmək müqaviləsinə tam məlumat verilməsi zamanı Baş nazirin köməkçisi Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, keçmiş təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı, təhlükəsizlik və korrupsiya ilə bağlı komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Vasif Talıbovun oğlu Rza Talıbov və digər tanınmış şəxslər var.

***

“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müəyyən edilmiş fənlərin tədrisi üçün yüksək səviyyəli qiymətləndirmə, yüksək səviyyəli elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.”.

Bunu APA -ya  Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib. Kəmalə Quliyeva deyib ki, bu müqavilələr də təbii ki, uzunmüddətli müqavilə olduğu üçün dərslərin sonunda ilin sonunda xitam verilir və yeni dərs ilində yenidən qanun zərurət yarandıqda yeni müqavilə bağlanır: “Bu qaydada uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilir, prosedurdur”.

Həmçinin oxuyun

“Xəbərdə qeyd etdiyi nazirin adını bildirsin!” – Ehsan Zahidov

Bu gün “Yeniavaz” saytının baş redaktoru Anar Qaraxançallı feysbuk hesabında vətəndaş şikayətini işıqlandırdığı üçün Daxili …