Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Tanınmış rəssam, tarix üzrə fəlsəfə doktoru  Səyyar Əliyev gənc istedadın sərgisinə qatıldı – FOTOLAR

Tanınmış rəssam, tarix üzrə fəlsəfə doktoru  Səyyar Əliyev gənc istedadın sərgisinə qatıldı – FOTOLAR

Unudulmaz Xalq şairi Səməd Vurğun demişdir: ”Siz, istedadlıları üzə çıxarın, istedadsızlar onsuz da alaqotu kimi harda olsa üzə çıxacaqlar…”
İstedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bu sahədə olan biliklərinin artırılması, ictimaiyyətə tanıdılması hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsidir.Təəssüflər olsun ki, bütövlükdə dünyada baş verən iqtisadi sıxıntılar ucbatından biz, əsl istedadlıların tanıdılması prosesini ləng aparırıq.
Bakının Suraxanı rayonundakı 141 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Leyla Hüseynova da bu cür fitri istedada malik insanlardan biridir. O, dərs əlaçısıdır.Dərsdən sonra rəssamlıqla peşəkar şəkildə məşğul olur, eyni zamanda, musiqi təhsili alır.Həm fortepiano, həm də gitarada bir-birindən maraqlı musiqi nömrələri ifa edir. L.Hüseynova tanınmış rəssam Emin Qəhrəmanovun rəhbərlik etdiyi “EmART”studiyasında, rəssam Zöhrab Cabbarovun sinfində təhsil alır. Leyla bu peşəni bütün varlığıyla sevir, onun incəliklərini ağ kətan üzərinə köçürməyə çalışır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Rəssamlıq Akademiyasına daxil olmaq arzusundadır.
Aprelin 16-da Bakıda, “KarvanART Gallery”də istedadlı gənc rəssam Leyla Hüseynovanın fərdi sərgisi keçirildi. Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

 

se

 

“EmART Studio”nun rəhbəri Emin Qəhrəmanov Leyla Hüseynovanın istedadından danışdı. Qeyd etdi ki, “EmART” studiyasında fəallığına görə Leyla hamının sevimlisidir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov; tanınmış rəssam, tarix üzrə fəlsəfə doctoru Səyyar Əliyev ; “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu Azərbaycan dövlətinin və xalqımızın bu cür istedadlı gənclərə böyük ehtiyacının olduğunu qeyd etdilər. Leyla xanımın müəllimi Zöhrab Cabbarov, şagirdinin uğurlarıyla qürur duyduğunu bildirdi.

se1
A.İbrahimov, rəssamlıq kursunu müvəffəqiyyətlə bitirmiş Leyla Hüseynovaya Sertifikat qədim etdi.
Gənc rəssam L.Hüseynova onun fərdi sərgisinə gələn hər bir şəxsə öz təşəkkürünü çatdırdı. Daha sonra sərgiyə baxış oldu.
…Atalar çox gözəl deyiblər: ”Niyyətin hara, mənzilin də ora.” Yolun açıq və uğurlu olsun, Leyla xanım!Arzu edirik ki, sən, müstəqil Azərbaycan Respublikasını beynəlxalq səviyyədə ləyaqətlə təmsil edəcək gənclərdən biri olasan.

Şamil Sabiroğlu,
Lamiyyə Dadaşzadə

 

Həmçinin oxuyun

İgid qazimiz keçdiyi döyüş yolundan danışdı – VİDEO

Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan …

Bir cavab yazın