Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / Tanınmış jurnalist “Veysəloğlu”na səsləndi: “Niyə cibimizə girirsiniz?”

Tanınmış jurnalist “Veysəloğlu”na səsləndi: “Niyə cibimizə girirsiniz?”

“Ötən gün marketdən gözüm tutan konfetdən 1 kq aldım. “La Monde” yazısından, tərtibatından  düşündüm ki, yəqin Makronun ölkəsindən gəlib… Qiyməti də ucuz deyil. Kiloqramı 30 manata. Açdım birini, dad o dad deyil. Elə bil ağzında alma çərdəyi, ərik çərdəyi kimi bir dad var. Uşaq da dişləyib atdı bir kənara. Konfetin kağızını ələk-vələk edirəm görək hara istehsalıdır? Bir də baxıram ki, üstündəki zərif şəffaf kağızda Veysəloğlu yazılıb. Necə əsəbimdən partlayıram bayaqdan… Alıcını aldatmaq deyilmi bu?”

Bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı bildirib.

“Üstündə azərbaycan dilində bir kəlmə də yox. Üstəgəl qiymət. Bu məhsulun maya dəyəri niyə 30 manat olsun ki? Niyə haramçılıq edirsiz? Niyə cibimizə girirsiz?” – journalist qeyd edib.

Həmçinin oxuyun

Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş – VİDEO

Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb. Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı …