Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / Tanınmış jurnalist Milli Kulinariya Mərkəzinə rəhbər gətirildi – qalmaqal yarandı

Tanınmış jurnalist Milli Kulinariya Mərkəzinə rəhbər gətirildi – qalmaqal yarandı

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib. O.Fikrətoğlu yeni təyinatı ilə bağlı “Facebook” hesabında paylaşım edib.

Sitat: “Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var. Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram. Beşinci kolona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə “Facebook”da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu. Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.

Orxan Fikrətoğlu vəzifəyə TƏYİN OLUNDU • Cumhuriyyət

Orxan Fikrətoğlu: “İcazə verin, bütün sahələri salavatlayaq”

“Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Dövlət Turizm Agentliyinin səlahiyyətinə aiddir”.

Bunu isə Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilən Tahir Əmiraslanov deyib: “Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin Prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram”.

Oxu.az - Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI - YENİLƏNİB

Tahir Əmiraslanov: “Biz milli maraqları şəxsi maraqlardan üstün bilirik”

T.Əmiraslanov həmçinin qeyd etdi ki, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var: “Müqavilə 2019-cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiasiya müqaviləni dəstəkləyir. Biz dövlət və milli maraqları şəxsi və korporativ maraqlardan üstün bilirik”.

DTA-dan “Yeni Müsavat”a bildirildi ki, mayın 18-də “Qızıl Şah” 1-ci Milli Kulinariya Çempionatı keçiriləcək, orada DTA tərəfindən kulinariya sahəsində  nəzərdə tutulan yeni strategiya da açıqlanacaq.

“Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib. Bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib”, – Dövlət Turizm Agentliyi faktı APA-ya təsdiq edib. Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən aydan Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.

Həmçinin oxuyun

“Danışanı tutub 15 il həbs verirlər“ – Kamran Həsənli

“Təbii ki, rusların canında şovinizm var. Çünki onlar imperiya xalqıdır, ömür boyu imperiya olub, işğalla …