Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Tanınmış hüquqşünasdan Təhsil Nazirliyinə dəstək: İnsan həyatı daha dəyərlidir

Tanınmış hüquqşünasdan Təhsil Nazirliyinə dəstək: İnsan həyatı daha dəyərlidir

“Təhsil Nazirliyinin qərarını tənqid edənlər gördüm. Odur ki, bu sətirləri yazmağı özümə borc bildim. Bəli, pandemiya təhsilə ciddi zərbə vurub. Sadəcə bizdə deyil dünyanın bir çox yerində. Dünən bir ingilis araşdırmasını gördüm, təhsilin pandemiya öncəki vəziyyətə dönməsi üçün 7 il lazımmış. Lakin təəssüflə qeyd etməliyəm ki, COVİD-in yayılmasında məktəblər də ciddi rol oynayır. Mən də çox ağır keçirdiyim bu xəstəliklə məhz məktəbdən yoluxan övladım vasitəsi ilə “tanış” oldum”. 

Bu barədə tanınmış hüquqşünas Ələsgər (Məmmədli) Əhmədoğlu sosial şəbəkədə yazıb.

O qeyd edib ki, virusun yeni ştammı daha təhlükəli və öldürücüdür:

“Hər gün rəsmi statistikaya baxdıqda 20-30 insan itiririk. Halbuki hamımız bilirik ki, istər yoluxma, istər ölüm statistikaya daxil olan rəqəmlərdən xeyli çoxdur. Təhsildə gecikməni, əksikləri zamanla bərpa etmək mümkündür. Lakin həyatını itirən dəyərli insanları bir daha geri gətirmək mümkün deyil. İnsan həyatı, yoxsa üz-üzə təhsil seçimi qarşısında qalarkən mən insan həyatını seçərdim. Təhsil Nazirliyinin qərarını bu baxımdan doğru hesab edirəm”.

Həmçinin oxuyun

Federasiya prezidenti vitse-prezidenti xəyanətdə ittiham edərək işdən çıxardı

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək …