Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Tanınmış cərrah etiraz edir: “Bəzi saytlar  yaydıqları xəbərdə Emin Kazımın əvəzinə səhvən mənim şəkilimi yerləşdirib”

Tanınmış cərrah etiraz edir: “Bəzi saytlar  yaydıqları xəbərdə Emin Kazımın əvəzinə səhvən mənim şəkilimi yerləşdirib”

Azinforum.az xəbər verir ki, bəzi saytlarda Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin fotosu onunla əlaqəli olmayan bir xəbərdə paylaşılıb. Xatırladaq ki,  bu gün  elektron KİV-lərdə Bakı sakini Fatma Cəfərovanın  “Medika Hospital”da  başına gətirilən problemlərdən bəhs edən müsahibəsi dərc edilib. Həmin məlumatda bildirilir ki, “Medika Hospital”ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.

 

 

Azinforum.az  tanınmış cərrah Mircəlal Kazimi ilə əlqaə saxlayıb. O, saytımıza açıqlamasında bildirdi ki, fotosunun onunla əlaqəsi olmayan bir xəbərdə yerləşdirilməsi çox utandırıcıdır:

“Söhbət tamamilə fərqli adlardan gedirsə, niyə mənim şəkilim orda olmalıdır? Bunun edilməsini iki aspektdən izah edə bilərəm. Ya düşünülmüş şəkildə mənim reputasiyama zərər vurmağa hesablanıb, ya da  texniki səhvlik nəticəsində olub. Mən bunun araşdırılmasını tələb edəcəm. Hazırkı məqamda isə şəkilimin həmin məlumatın altından çıxarılmasını tələb edirəm. Hesab edirəm ki, bu cür xəbər siyasəti normal jurnalistikanın adına ciddi xələl gətirmiş olur”.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …

Bir cavab yazın