Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Cəmiyyət / Tanınmış aparıcı-aktrisadan çağırış: “Lütfən, karantini yumşaldın, artıq əsəblərim pozulub”

Tanınmış aparıcı-aktrisadan çağırış: “Lütfən, karantini yumşaldın, artıq əsəblərim pozulub”

“Çox xahiş edirəm, lütfən, karantini yumşaldın. Artıq mənim əsəbilərim pozulub”.

Bu sözləri tanınmış aktrisa və aparıcı Könül Yusifqızı sosial şəbəkədə yaydığı videomüraciətində bildirib. O, aidiyyatı qurumlara səslənərək, sərt karantin qaydalarının yumşaldılmasını xahiş edib:

“Ayın 5-i gəlir, mən də hamı kimi məyusam. Mən üzümü aidiyyatı orqanlara tuturam, çox xahiş edirəm, lütfən, karantini yumşaldın. Artıq mənim əsəbilərim pozulub. Nə qədər evə tıxanmaq olar? Zatən iş-güc yoxdur. Dörd divar arasında uşağın bağrı yarılır. Hava uda bilmirik, dənizə gedə bilmirik.

Mən xahiş edirəm, qanunları sərtləşdirin, maska taxmayanı 200 yox, 500 manat cərimə edin, məsafə saxlamayanları 500 manat cərimələyin, amma karantin rejimini yumşaldın”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində avqustun 5-dək uzadılıb.

Bəzi mütəxəssislər ölkədə yoluxma sayının son günlərdə azalmasını nəzərə alaraq, avqustun 5-dən sonra karantin qaydalarında yumşalma ola biləcəyini ehtimal edir. Musavat.com

Həmçinin oxuyun

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb …