Tanınmış aktyorlar prezidentə təşəkkür etdilər

Ötən gün prezident İlham Əliyev Azərbaycanın bir qrup kino xadimini fəxri ad və ordenlərlə təltif edib. İllərdir səhnəmizdə əziyyət çəkən sənətkarlar müxtəlif adlarla mükafatlandırılıblar.
Yenicə Xalq artisti adını almış aktyor Ənvər Həsənov təəssüratlarını AzVision.az-a bölüşüb. O, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

“Mən xalqın artistiyəm. Xalq mənim sənətimə qiymət verməyi bacarır. Dövlət başçımız sağ olsun ki, Azərbaycan kinosunun 120, Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının 93 , “Uşaqlığın son gecəsi” filminin 50 illiyində mənə xalq artisti adı verdi. Çox sevinirəm, minnətdaram. Arzum budur ki, kinomuz bundan sonra da inkişaf etsin, gözəl filmlər çəkilsin”.

Xalq artisti Ramiz Əzizbəyli “Şöhrət” ordeni ilə təltif olunmasını sevinclə qarşılayıb: “Təltif olunmağıma görə təşəkkür edirəm. Bu məqamda məni çox sevindirdilər. Layiqəm ki, ordeni mənə veriblər”.

“Şərəf” ordeni ilə təltif olunan aktyor aktyor Rasim Balayev: “Belə bir xəbəri eşidəndə sevindim. Çünki insana mənəvi qiymət veriləndə xoş olur. Azərbaycanda bir çox kino işçiləri fəxri adlar və ordenlər aldı. Prezidentə təşəkkür edirik. Allahdan arzu edirik ki, sağlam olaq və yaxşı filmlərdə çəkilək, bu diqqətə gözəl işlərimizlə cavab verək”.

Aktyor Pərviz Məmmədrzayevin Xalq artisti adı alması onun üçün gözlənilməz olub: “Xəbərim yox idi. Gözləmirdim. Çox layiqli insanlar var ki, onlara da fərxi ad almağı arzu edirəm. Onlar da alsaydılar, gözəl olardı. Təşəkkür edirəm ki, zəhmətimi zamanında qiymətləndirdilər”.

Zdrave universal kremi zdrave forte