Ana səhifə / TANINMIŞ AKTYOR SİYAVUŞ NOVRUZOVU BELƏ TANIYIR – “Çoxları nala-mıxa döydü, Novruzov isə…”

TANINMIŞ AKTYOR SİYAVUŞ NOVRUZOVU BELƏ TANIYIR – “Çoxları nala-mıxa döydü, Novruzov isə…”

Azinforum.az xəbər verir ki, tanınmış aktyor Rza Rzayev YAP funksioneri, millət vəkili Siyavuş Novruzov barədə sosial şəbəkələrdə təhqiramiz ifadələr yazan şəxslərə səslənib:

“Siyavuş Novruzovun rəsmin paylaşıb, təhqir edici sözlər yazırlar, onunla heç bir şəxsi tanışlığım yoxdu, 1991-92-ci illərdə eyni mövqedə olmuşuq, həmişə öndə olan gördüm , nədənsə, çəkinmədi, həttda indi ki, hakimiyyətin ağır vaxtlarında zaman – zaman bəziləri mövqeyin dəyişdi, çoxları nala-mıxa döydü, Novruzov isə mövqeyində həmişəki kimi sabit qaldı. Xarakter, sadiqlik qazanılan keyfiyyət deyil, kiminsə – kimdənsə, savadı, biliyi az və yaxud çox ola bilər, bunu hər kəs əldə edə bilər, amma heç kim sadiqliyi savadla, biliklə əldə edə bilməz, bu insanın təbiətində olur ya da olmur. Öncə gələn doğal olan – sadiqlikdi, bu alınmır, satılmır. Sonrakılar + gəldi. Böyük Heydər Əliyev üçün insani keyfiyyətin ən üstünü – sadiqlik idi, kişi olmaq idi, çünki o, özü sadiq idi, xarakter insanı idi. Çox təəsüf ki, bunları da, özü ilə apardı, ta heç kim buna qiymət vermir, çoxları “günlük” yaşayır, buna yaşamaq demək olarsa. Bir neçə dəfə demişəm, üzü olan, illərlə öz yolu üçün mübarizə aparan, satılmayan müxalifətçiyə daha çox hörmət edirəm, nəyin ki, hər an satılmağa hazır olan, məcbur idim bunları müdafiyə etməyə – deyəcək gələcəkdə vəzifə üçün satılan iqtidar nümayəndəsinə!”

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın