Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / TALEH QARAŞOV MÜAVİNİ İLƏ NİYƏ YOLA GETMİR?

TALEH QARAŞOV MÜAVİNİ İLƏ NİYƏ YOLA GETMİR?

İcra başçısı ilə müavini rayonu bölə bilmirlər

İlqar Dadşov Taleh Qaraşovun oğlundan prezident aparatına şikayət edəcəyini deməsi münasibətləri son dərəcə gərginləşdirib.

Taleh Qaraşovun Gənclər Mərkəzini oğlunun adına sənədləşdirməsi müavinin əlinə fürsət verib.

Son illər rayon icra hakimiyyətlərində icra başçıları ilə müavinləri arasında problemlərin olması ilə bağlı mətbuatda tez-tez xəbərlərə rast gəlirik.Yerli icra başçıları rayonlarda əldə etdikləri qazanclaır təkbaşına mənimsəmələri onlardan sonrakı şəxslərin narazılığına səbəb olur.

Lənkərandan daxil olan məlumata görə rayon icra başçısı Taleh Qaraşovla birinci müavini İlqar Dadşov rayon sakinlərinin dili ilə desək bir birlərinə “giriblər”. İnformasiya mənbəmizin bildirdiyinə görə Taleh Qaraşovla birinci müavinin arasındakı problemin səbəkarı icra başçısının oğlu Seymur Quliyev və onun obyektidir. Belə ki, Lənkəran icra başçısı rayon mərkəzində istifadəyə verilmiş Gənclər Mərkəzini oğlu Seymur Qaraşovun adıan sənədləşdirərək həmin binanın rəhbəri vəzifəsinə şəhər təsərrüfat şöbəsinin müdiri Möhübbət Babyevin oğlunu təyin edib. Mənbəmiz bildirir ki, başçının birinci müavini İlqar Dadşovda Gənclər Mərkəzinə öz adamını təyin etmək istəyirmiş. Lakin şəhər təəsrrüfat şöbəsi müdiri Taleh Qaraşova 15 min manat hesab verdikdən sonra icra başçısı onun oğlunun üzərində dayanıb. Mənbəmiz iddia edir ki, Taleh Qaraşov öncə İlqar Dadşovun namizədinə razılıq veribmiş, lakin son anda masasının üstünə qoyulan 15 min manat pul icra başçısını tamahlandırıb. Son illər pul hərisliyinə tutulan icra başçısı ona verilən 15 min manatı gördükdən sonra birinci müavininə verdiyi sözü unudub. Bundan sonra isə Taleh Qaraşovla müavini arasında başçının kabinetində ciddi söz atışması olub. İcra hakimiyyətindəki mənbəmiz bildirir ki, TalehQ araşov birinci müavinin vəzifəsindən çıxartmaqla hədələyib və ona xəbərdarlqı edərək deyib ki, haqqında Prezident aparatına şikayət edəərəm. Ancaq İlqar Dadşovda icra başçısına açıq şəkildə deyib ki. Prezident aparatınan şikayərt edin amma məndə sizin və oğlunuzun Lənkəranda etdiyi əməllərlə bağlı, faktlarla eyni quruma şikayət edəcəm. Birinci müavinin Taleh Qaraşovu ən zaif yeri olan övladları vasitəsi ilə vurması isə icra başçısını geri çəkilməyə məcbur edib. Bildirək ki, Lənkəran rayonunda Taleh Qaraşovun oğlanlarına məxsus xeyli obyektləri, vilalar var. Bu villalardan biridə Lənkəranda turizm ərazisi kimi ad çıxarmış Xanbulan kəndinin yaxınlığındakı dəbdəbəli villadır.Həmin villanı icra başçısının necə əldə etməsini və fotolarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. /azfakt.com

Qarşı tərəflə əlaqə saxlamağa cəhd edilsə də bu mümkün olmadı.

Buna baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın