Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Tahir İmanov 28 ildən sonra Şuşadakı evində – Video

Tahir İmanov 28 ildən sonra Şuşadakı evində – Video

Əməkdar artist, “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov bu gün Şuşadakı evində olaraq, oradan video paylaşıb.

Musavat.com bildirir ki, əməkdar artist paylaşdığı video ilə öz sevincini izləyiciləri ilə bölüşüb, uşaqlıq xatirələrindən danışıb. Qeyd edib ki, 30 il əvvəl babası Süleyman Ələsgərova məxsus olan ev tamamilə dağıdılıb, yarasız hala salınıb:

“Azərbaycan xalqına, ordusuna, Ali Baş Komandana! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şükürlər olsun ki, bu günü bizə yaşatdılar. Hazırda babam, bəstəkar Süleyman Ələsgərovun evindəyəm. İndi buna ev demək olarmı, deyə bilmərəm. Evi tamamilə dağıdıb, pis vəziyyətə salıblar. Demək olar ki, evdən heç nə qalmayıb. Uşaq vaxtı Cabirlə, digər bacı-qardaşlarımla burada çox oynamışıq”.

Xatırladaq ki, Şuşa 28 ildən sonra 8 noyabr 2020-ci ildə Azərbaycanın Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.https://www.instagram.com/tv/CJJTeVqBqLo/embed/captioned/?cr=1&v=13&wp=540&rd=https%3A%2F%2Foxu.az&rp=%2Fculture%2F451681#%7B%22ci%22%3A0%2C%22os%22%3A10357.59500000131%2C%22ls%22%3A3575.0950000001467%2C%22le%22%3A3576.0599999994156%7D

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …