Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Tahir Budaqov iradlara cavab verdi: “Nəzərə almırlar ki…”

Tahir Budaqov iradlara cavab verdi: “Nəzərə almırlar ki…”

“Statistika Komitəsinin məlumatlarının günün reallıqlarını əks etdirməməsi ilə bağlı iddialar bütün dünyada var. Statistik inamın əhalidə yaranması üçün əhalinin statistik savadlılığı yüksəlməlidir”

Bunu Azvision.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Komitə sədri bildirib ki, hər bir kəs statistik rəqəmi öz həyatındakı rəqəmlərlə müqayisə edir. “Biz orta əmək haqqının məbləğini açıqlayanda 250 manat əmək haqqı alan insan bundan narazılığını ifadə etməyə başlayır. Lakin o, nəzərə almır ki, statistika ölkə üzrə orta göstəricilərin məcmusudur”.

T.Budaqov qeyd edib ki, statistikada insanların, istifadəçilərin, dövlətin təlabatına uyğun çeşid müəyyən edilir. “Hansı məlumata maraq varsa, o istiqamətdə də Statistika Komitəsi öz işini qurur. Statistika istehsal prosesidir və istehsal prosesi də müəyyən investisiya qoyuluşu tələb edir. Ona görə də çox az maraq doğuran məsələlər ətrafında vəsait sərf edib, statistika formalaşdırmaq da iqtisadi cəhətdən səmərəli və ya sərfəli deyil”.

T.Budaqov illik statistik məlumatların gec verilməsinə də münasibət bildirib. O qeyd edib ki, statistik məlumatların alınmasıda hər hansı dövlət qurumu ilə problemlər yaşanmır: “Azərbaycan məlumatların istehsalına görə ən qabaqcıl ölkələrdən biridir. Almaniya və Fransada bir ilin statistik məlumatı il yarım, iki ildən sonra dərc olunur. Bizdə məlumatların ictimailləşdirilməsi müddəti bir çox inkişaf etmiş ölkələrdən daha qısa müddətdə həyata keçirilir”.

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …