Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Tağıyevin oğlunun müəmmalı şəkildə həlak olmasına həsr edilən sənədli film çəkildi

Tağıyevin oğlunun müəmmalı şəkildə həlak olmasına həsr edilən sənədli film çəkildi

Azərbaycan Televiziyasının “Qətl planı” layihəsi çərçivəsində məşhur milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik oğlu gənc Məhəmməd Tağının Lənkəranda müəmmalı şəkildə həlak olmasına həsr olunan sənədli film çəkilib.

1918-ci ilin mart ayında, Novruz bayramından sonra baş verən bu hadisə birbaşa mart soyqırımının başlamasına qığılcım olub. Məhəmməd Tağının nəşini gətirən və dəfn mərasiminə qoşulan milli hərbçilərimizin Bakı kommunası tərəfindən tərksilah edilməsi ilə qanlı olaylar başlanılıb.

Filmdə Məhəmməd Tağının qətlinin müxtəlif tarixi versiyaları araşdırılır, bu işdə maraqlı olan gizli siyasi qüvvələr üzə çıxarılır, hadisənin mümkün səbəbkarları haqqında düşüncələr irəli sürülür.
Sənədli filmin quruluşçu rejissoru Ramil Ağasıyev, ssenari müəllifi İlqar Fəhmidir. Rolları Ərtoğrul Kamalov, Xudu Mürsəlov, Ramil Əliyev, Zaur İskəndərov, Beyrək Rüstəmzadə, Aytən Süleymansoy, Camal Əliyev, Zeynalov Elgün, Anar, Aslan Bayramov, Nicat Əhmədli ifa edir. Filmin quruluşçu operatorları Tariel Hacızadə və Fahir Səmədoğludur. Musavat.com 

Həmçinin oxuyun

Federasiya prezidenti vitse-prezidenti xəyanətdə ittiham edərək işdən çıxardı

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək …