Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / Tağı Əhmədov Həccə getdi – FOTO

Tağı Əhmədov Həccə getdi – FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Səudiyyə Ərəbistanına yola düşüb.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, T.Əhmədov bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları tərəfindən ziyarətə yola salınıb. Onun ölkənin Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Adətən, Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə ümumilikdə 9 gün çəkir.

Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək?

Məşhur filmdə deyildiyi kimi, “xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var”. …