Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Təyyarə qəzası ilə bağlı Bakıda başsağlığı kitabı açılacaq

Təyyarə qəzası ilə bağlı Bakıda başsağlığı kitabı açılacaq

Bu gün Tehran-Kiyev marşrutu üzrə “PS 752” reysini yerinə yetirən Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinin Boinq-737 təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olan 176 sərnişin və ekipaj üzvlərinin həlak olması ilə bağlı olaraq Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində Başsağlığı kitabı açılacaq.

Başsağlığı kitabı yanvarın 9-10-da saat 11:00-dan 13:00-a qədər və 14:00-dan 16:00-a qədər Bakı şəhər, Y.Vəzirov (Çəmənzəminli) küçəsi, 49 ünvanında yerləşən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında olacaq.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …