Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / ““Tərtər işi” və məktəblərdəki hadisələri bir yerə toplayın və onda görəcəksiniz ki…”

““Tərtər işi” və məktəblərdəki hadisələri bir yerə toplayın və onda görəcəksiniz ki…”

“Həll olunmamış hər bir problem həlli zamanı yeni problemlər doğurur. Problemi həll etsək, bunların heç biri baş verməz. Ona görə ola bilsin ki, bir az sonra başqa bir problem də yarandı. Sadəcə olaraq məktəbi qorumaq lazımdır”

Bunu professor Şahlar Əsgərov deyib. Ş.Əsgərov xarici qüvvələrin ölkəmizdə bir çox sahələrdə qarşıdurma yaratmaq istədiyini bidirib:

“Ətrafımıza baxsaq görərik ki, qardaş Türkiyədən başqa digər dövlətlər bizə qarşı hansı mövqeni tutublar. Hər bir düşmən qüvvə daxildən Azərbaycanda stabilliyi pozmağa çalışır. Ermənisi də, iranlısı da, rusu da, fransızı da. Bir sözlə, ermənilərə kimlər kömək edir, hamısı bu işlə məşğuldur. Əgər Azərbaycanı daxildən dağıtmaq istəyirlərsə, daş karyerlərindən dağıdası deyillər ki, təbii ki, ancaq təhsildən dağıtmaq istəyirlər. Bu gün məktəblərimizə hücum var, amma biz onu bilmirik və özümüz də onların əlində maşa oluruq. 

Bu cür strategiya yürüdərək Amerika 1945-46-cı ildə Dallas doktrinasını qəbul etdi və 1990-cı ildə SSRİ dağıldı. Yəni əvvəlcə cəmiyyətə xırda-xırda su buraxırlar. Biz müharibədə qalib çıxmışıq və SSRİ-i də müharibədə qalib çıxmışdı. Bu qələbəni SSRİ-də heçə endirdilər. Ona görə bu gün biz çox düşünülmüş addımlar atmalıyıq. Bütün bunlar hamısı bir strategiyanın hissələridir. Həm akademiyada, həm orduda – “Tərtər işi” və məktəblərdəki hadisələri bir yerə toplayın və onda görəcəksiniz ki, hamısı bir doktrinanın müxtəlif istiqamətləridir”./Moderator.az

Həmçinin oxuyun

Gürcüstanla sərhədi pozan 5 azyaşlı saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə …