Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Təqsirləndirilən şəxsə müdafiə üçün rəhmətə gedən vəkili tövsiyə ediblər” – Fotolar

“Təqsirləndirilən şəxsə müdafiə üçün rəhmətə gedən vəkili tövsiyə ediblər” – Fotolar

Azərbaycan vəkilləri öləndən sonra da vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməkdə davam edirlər.

Azinforum.az xəbər verir ki, bunu tanınmış vəkili Adil İsmayılov öz “Facebook” statusunda yazıb.

Onun yazdığına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağabəyov Nazim Mayis oğlunun  Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılırdı.

O, qeyd edib ki, əvvəlki məhkəmə iclasında təhqiqatçı Şövqi Əhmədovun sahid qismində məhkəməyə dəvət edilməsini xahiş edibmiş.

Lakin məhkəmə onun  vəsatətini təmin etməyib.

“Vəsatətim təmin edilsəydi təhqiqatçıya şoxlu suallarım olacaqdı. İstintaq materiallarında Ağabəyova müdafiəçi seçmək hüququnun izah edilməsi barədə protokol var.

Protokolda göstərilir ki, “Nazim Ağabəyova müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək hüququna malik olmasını izah etməklə aşağıdakı vəkillərin sihahısı təqdim edilmişdi.

1. 14 saylı hüquq məsləhətxanasının vəkili Ağayev Elman Qulu oğlu

2. 5 saylı hüquq məsləhətxanasının vəkili Əliyev Oktay Məmmədoviç 

3. 5 saylı hüquq məsləhətxanasının vəkili Cavadov Qeybulla Hafiz oğlu 

4. 5 saylı hüquq məsləhətxanasının vəkili Sadıqov İbrahim Miri oğlu

5. 5 saylı hüquq məsləhətxanasının vəkili Allahmanov Şöhrət Bəbir oğlu

6. 5 saylı hüquq məsləhətxanasının vəkili Qasımov Tofiq Qaraş oğlu

7. 13 saylı hüquq məsləhətxanasının vəkili Bağırov Bilal İsa oğlu

Şövqi Əhmədovdan soruşacaqdım ki, bu siyahıda göstərilən vəkillər hansı meyarla seçilib? Ona məlumdurmu ki, Cavadov Qeybulla Hafiz oğlu və Allahmanov Şöhrət Bəbir oğlu 5 saylı yox, 14 saylı hüquq məsləhətxanasının vəkilləridir.

Bir də soruşacaqdım ki. Nazim Ağabəyov həmin siyahıdan Qasımov Tofiq Qaraş oğlunu seçsəydi, həmin vəkili necə dəvət edəcəkdi? Axı,Tofiq Qasımov bu protokol tərtib olunmamışdan yarım il əvvəl dünyasını dəyişib”- deyə, A. İsmayılov daha sonra yazıb.

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın