Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Cəmiyyət / “Təndirdə kəlağayını başıma atdılar” – 92 yaşlı qadın ərə getməsindən danışdı – VİDEO

“Təndirdə kəlağayını başıma atdılar” – 92 yaşlı qadın ərə getməsindən danışdı – VİDEO

“Dədəm evə gəldi, anama dedi ki, Səhnəni dayımın oğluna verdim. O vaxtlar avamlıq dövrü idi. İndi camaatın gözü açılıb”.

Bunu “Qərbi Azərbaycan” xronikası layihəsi çərçivəsində yayımlanan verilişdə 92 yaşlı Səhnə nənə deyib. O, verilişdə atası tərəfindən necə zorla evləndirilməsindən bəhs edib: “Məni də bir müəllim istəyirdi. Dedim getməyəcəyəm. Ağlaya-ağlaya verdilər məni. Təndirin yanında oturub ayağımı sallamışam. Böyük baldızım gəldi. Mən də ağlayıram. Bir dənə kəlağayını başıma atdılar, kasıbçılıq dövrü idi, üzük də yox idi. Verdilər məni o kişiyə”.

Həmçinin oxuyun

Emin Əmrullayev onları direktor təyin etdi

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor …