Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Tələsirdim” – Tovuzda reyd zamanı gərginlik – VİDEO

“Tələsirdim” – Tovuzda reyd zamanı gərginlik – VİDEO

Kimi təhlükəsizlik kəmərindən istifadə etmir, kimi isə qayda pozuntusundan susaraq yayınmaq istəyir.

ARB 24 xəbər verir ki, bu dəfə də yol hərəkəti qaydalarına məhəl qoymayanlar, qanundan qaça bilməyib.

Yol polisi Tovuzda növbəti reyd keçirib. Qayda pozuntusu olan yerdə qanunla cəzada mütləqdir. Bu həm sürücülərin, həm də piyada və ətrafdakıların təhlükəsizliyi üçündür. Bir sözlə, cərimələr məsuliyyətsiz, diqqətsizlikdən nəticə çıxarmayan sürücülər üçün qaydalara təşviq vasitəsidir.

Yoxlama zamanı ümumilikdə, 5-dən çox sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edildi. Hər gün yollarda baş verən qəzalardan nəticə çıxararaq yalnız bunu demək olar, yoldaş sürücülər, qanuna cərimələrdən qorunmaq üçün yox, insan həyatını qorumaq üçün əməl edin!

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …