Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / “Tələbənin şortiklə dərsə gəlməsi əxlaqsızlıqdır” – Hafiz Hacıyevdən sərt münasibət

“Tələbənin şortiklə dərsə gəlməsi əxlaqsızlıqdır” – Hafiz Hacıyevdən sərt münasibət

Son zamanlar Odlar Yurdu Universitetində xanım tələbələrə “dikdaban”la dərsə gəlməyin qadağan edilməsi medianın diqqət mərkəzindədir.
Bu qərarı alqışlayanların və  demokratiyaya zidd hərəkət adlandıranların sayı az deyil.
Dünya təcrübəsində tələbələrə qeyri-tədris məsələlərində heç bir məhdudiyyət tətbiq olunmur. İlk abzasda da qeyd olunduğu kimi Azərbaycanda sözügedən məsələni eyni cür qiymətləndirmək mümkün deyil.
Bəs tələbələrə təhsil aldıqları ali təhsil müəssisələrində hansısa qadağalar tətbiq olunmalıdır?
Ümumiyyətlə, Azərbaycan ali təhsil müəssisələrində aşırı surətdə yayılan hansı qeyri-tədris nöqsanları var ki, onların ləğvi artıq labüdləşib?
Moderator.az xəbər verir ki, mövzuyla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzEdu.az-a açıqlamasında zəmanənin tələbinə uyğun olaraq, kimisə geyimə görə məhdudlaşdırmağın düzgün olmadığını qeyd edib:
“İnsanların şəxsi seçimi, geyim tərzi var. Ümumiyyətlə, orta məktəblərdə vahid geyim forması olmalıdır. 18 yaşından sonra tələbəyə “bunu geyinmə, onu geyin” kimi cümlələrlə müraciət etmək demokratiyaya ziddir. Bu kimi qadağaları başqa dövlətdə  tətbiq edə bilərlər. Bizdə belə qayda olsa, geridə qalmış dövlətlərin siyahısına düşərik. Hər bir məzunun özünün geyim tərzi var. Burda elə bil problem görmürəm”.
Hafiz Hacıyev tələbənin şortiklə dərsə gəlməsinə də münasibət bildirib:
“Tələbənin şortiklə dərsə gəlməsi əxlaqsızlıqdır. Şortiki istirahət yerlərinə geyinirlər. Universitetə bu şəkildə gələn gənc tələbə deyil. Qızdırsa, özünü reklam edir, oğlandırsa, hansısa qruplaşmaya qoşulub. Bunları qəbul edə bilmərik. Şortiklə dərsə gələn tərbiyəsizdir, ailədə böyüməyib. Həmin adam getsin, Xəzər dənizinin qırağında dincələndə şortiklə dolansın. Universitetə şortiklə gələn adamı binaya buraxmaq olmaz. Qadağa tətbiq olunmasın deyəndə universitetə şortiklə və ya paltarsız gəlməyi nəzərdə tutmamışdım”.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə universitetdə qadağan olunmalı qeyri-tədris məsələlərindən danışarkən, maraqlı məqama toxunub:
“Şortiklə çimərliyə gedərlər. Ali təhsil müəssisələrində müəyyən qayda-qanunlara riayət olunmalıdır. Geyimlər ədəb-ərkan qaydalarına uyğun seçilməlidir. Demokratiya özbaşınalıq demək deyil. Əgər elə olsaydı, “alt paltarı”nda da gəzmək olardı.
Xarici ölkələrin birində soyunub kilsədə rəqs edirdilər, aksiya keçirirdilər. Bəlkə buna da demokratiya deyək?”.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …