Ana səhifə / Cəmiyyət / Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq

Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə görə, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.

Həmçinin oxuyun

Generalın hospitalı məhkəmə qarşısında

“Medistyle Hospital” məhkəməyə verilib. İddiaçı “Medicenter” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin …