Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / “Tələbə-məzun”, “Şagird-məzun” sistemlərinin fəaliyyəti müvəqqəti dayandırıldı

“Tələbə-məzun”, “Şagird-məzun” sistemlərinin fəaliyyəti müvəqqəti dayandırıldı

17, 18, 19 mart tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Şəxsi kabinet”, “Ödəmə sistemləri”, “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Qabiliyyət İnformasiya Sistemi (QABİS)”, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

DİM-dən verilən xəbərə görə, buna səbəb Mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsidir.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Həmçinin oxuyun

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və …